Əsas məzmuna keç

Somali ərazi bütövlüyünə dəstəyə görə Azərbaycana təşəkkür edib

Somali ərazi bütövlüyünə dəstəyə görə Azərbaycana təşəkkür edib

Somali Xarici İşlər Nazirliyinin kommunikasiyalar şöbəsi direktorunun müavini Ahmed Qaaşan özünün “X” hesabında Azərbaycana təşəkkür ünvanlayıb....

Somali ərazi bütövlüyünə dəstəyə görə Azərbaycana təşəkkür edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Somali Xarici İşlər Nazirliyinin şöbəsi direktorunun müavini Qaaşan özünün “X” hesabında Azərbaycana təşəkkür ünvanlayıb.

“Azərbaycanın Somali Respublikasının suverenliyi, birliyi və ərazi bütövlüyünə göstərdiyi dəstəklə bağlı mövqeyini ehtiramla qarşılayırıq. Bu mövqe Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə və dünya tərəfindən tanınan dövlətçiliyin mühafizəsinə sədaqətini əks etdirir”, Ahmed Qaaşan bildirib.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi İsrailin Somaliləndi rəsmi şəkildə tanımasından sonra, Somalinin ərazi bütövlüyünə dəstək ifadə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…