Ukraynada münaqişə sadəcə dondurulmamalıdır, o, BMT Nizamnaməsinə əsaslanmalıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Almaniya kansleri Olaf Şolz Bundestaqda çıxışı zamanı deyib.
Şolz əlavə edib ki, sülh BMT Nizamnaməsinin prinsiplərinə zidd olmamalıdır. Onun sözlərinə görə, o, bu yaxınlarda hökumətlərarası məsləhətləşmələr zamanı Çin tərəfinə bunu açıq şəkildə bildirib.