Operativ Məlumat Mərkəzi

Şolz Rusiyanın Ukraynadakı qələbəsinin nəticələrindən danışıb

1 dəq
Paylaş:
Şolz Rusiyanın Ukraynadakı qələbəsinin nəticələrindən danışıb

Almaniya kansleri Olaf Şolz bildirib ki, Rusiyanın Ukraynadakı qələbəsi Avropa İttifaqı üçün bütün aspektlərdə ciddi maliyyə nəticələri olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Şolz bunu "X" sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

"Putin uğur qazansaydı, nə baş verərdi? Bunun nəticələri bizə hər cəhətdən Ukraynaya göstərdiyimiz yardımdan qat-qat baha başa gələcək”, - deyə o qeyd edib.

Bundan əvvəl Şolz Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra Almaniya ilə Ukrayna arasında Berlində imzalanan müqavilənin Bundesveri Kiyev uğrunda döyüşməyə məcbur etmədiyini bildirmişdi. O qeyd edib ki, Almaniyanın dəstəyi Ukraynanın müdafiə potensialının gücləndirilməsində əsas rol oynayır.

Belə ki, razılaşmalara əsasən, yalnız Ukrayna tərəfi bu ölkəyə hücum olacağı təqdirdə Almaniyanın köməyinə qoşun göndərməyə borclu olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər