Yaxın Şərqdə eskalasiyanın davam etməsi bütün region üçün dağıdıcı nəticələrə səbəb olacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib.
"HƏMAS-ın dəhşətli hücumundan sonra Almaniyanın İsrailin tərəfində olduğunu vurğulamaq mənim üçün vacibdir. Hər kəs münaqişənin genişlənməsinin bütün region üçün dağıdıcı olacağı barədə yekdil fikirdədir.
Biz İsrailin şimalında yeni eskalasiyanın, yeni cəbhənin olmaması üçün hər şeyi edirik".