Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hürmüz boğazında gəmi keçidləri azalıb: Sahibkarlar ehtiyatlı davranır

2 dəq
Paylaş:
Hürmüz boğazında gəmi keçidləri azalıb: Sahibkarlar ehtiyatlı davranır

Dünyanın ən strateji su yollarından biri hesab olunan boğazında gəmi hərəkətliliyi yenidən azalıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Reuters”in istinad etdiyi ilkin məlumatlarına görə, gəmi sahiblərinin böyük hissəsi boğazın tam fəaliyyətə qayıtması ilə bağlı aydın siqnalların olmaması səbəbindən bu marşrutdan istifadə etməkdən çəkinir.

“Kpler” analitik şirkətinin məlumatlarına əsasən, çərşənbə axşamı günü Hörmüz boğazından cəmi altı daşıyan gəmi keçib.

Bir gün əvvəl bu göstərici doqquz gəmi təşkil edib. Hazırkı rəqəm son 10 gün üzrə gündəlik orta göstəricidən də aşağıdır. Həmin dövrdə boğazdan orta hesabla 11 əmtəə daşıyan gəmi keçib.

Gəmi keçidlərinin azalmasının əsas səbəblərindən biri boğazda vəziyyəti ilə bağlı qeyri-müəyyənlikdir. Rəsmi qurumlar tərəfindən keçid rejimi və marşrutun təhlükəsizliyi ilə bağlı aydın məlumatların olmaması gəmi sahiblərinin risk etməkdən çəkinməsinə səbəb olur.

Bununla yanaşı, mümkün təhlükəsizlik riskləri də gəmiçilik şirkətlərinin alternativ marşrutlara üstünlük verməsinə gətirib çıxarır.

Hörmüz boğazında gəmi axınının azalması enerji daşıyıcılarının bazarlara çatdırılmasına və qlobal ticarət marşrutlarına əlavə təzyiq yarada bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax

Xəbəri sonuncu öyrənməyin

Aktual — pulsuz xəbər bildirişi

Yüklə