Sosial şəbəkələrdə uşaqlarla bağlı məhdudlaşdırıcı addımların tətbiqi təklif olunur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu məsələ İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Müzakirələr zamanı qeyd edilib ki, zorakılığı təbliğ edən halların qarşısının alınması məqsədilə uşaqların daha çox istifadə etdikləri sosial şəbəkə, platforma və internet saytları, o cümlədən televiziya proqramları və oyunlar üzrə davamlı monitorinqlər aparılmalıdır.
Ombudsman uşaqların psixikasına, sağlamlıq durumuna və davranışına mənfi təsir edə biləcək halların müəyyənləşdirilməsi üçün qanunvericiliyə müvafiq dəyişikliklərin olunmasını təklif edir.