Əsas məzmuna keç

Slovakiyanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Slovakiyanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Slovakiyanın Baş nazirin müavini, mədəniyyət naziri Martina Şimkoviçova dekabrda Azərbaycana işgüzar səfər edəcək. Bu barədə o, Azərbaycanın Slovakiyadakı...

en ru tr

Slovakiyanın Baş nazirin müavini, naziri Martina Şimkoviçova dekabrda Azərbaycana işgüzar səfər edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə o, Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev və fəxri konsul Cəlal Qasımovla görüşün yekunlarına dair sosial şəbəkələrdə məlumat verib.

"Biz Slovakiya-Azərbaycan mədəni əlaqələrinin gələcək inkişaf imkanlarını, eləcə də dekabr ayında Azərbaycana edəcəyim işgüzar səfərin hazırlıqlarını müzakirə etdik. Mədəniyyətin ölkələrimiz arasında inkişaf edən strateji tərəfdaşlığın bir hissəsi olması məni sevindirir. Bizim ümumi məqsədimiz mədəniyyət müəssisələri, xadimləri və ekspertlər arasında birbaşa əlaqələr üçün şərait yaratmaq, həmçinin birgə layihələrin həyata keçirilməsinə kömək etməkdir", - o yazıb.

Nazir, həmçinin ənənəvi mədəniyyət, incəsənət, kino və mədəni irsin qorunması sahəsində əməkdaşlığın əhəmiyyətli potensialını qeyd edib. O bildirib ki, dekabr ayında Azərbaycana səfəri zamanı qarşılıqlı fəaliyyətin daha da dərinləşəcəyinə ümid bəsləyir.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…