Cəlal Qasımov
Baş icraçı direktor
PAŞA Holding
Tərcümeyi-hal
Cəlal Qasımov PAŞA Holdinqə keçməzdən əvvəl ölkənin bank sektorunda rəhbər vəzifələr tutub: “Bank of Baku”nun İdarə Heyətinin sədri, Unibankın Baş İcraçı Direktoru və “CRA” Şirkətlər Qrupunun maliyyə məsələləri üzrə direktoru olub.
PAŞA Holdinqdə əvvəlcə Direktorun Birinci Müavini vəzifəsində çalışıb, 2020-ci ilin yanvarından isə holdinqin Baş İcraçı Direktorudur.
Eyni zamanda Kapital Bankın Müşahidə Şurasının üzvü, PAŞA Bank Türkiyənin Müşahidə Şurasının sədri, PAŞA Sığorta və PAŞA Həyat Sığortanın Müşahidə Şurasının üzvüdür. Əvvəllər Azpetrolun Direktorlar Şurasının sədr müavini olub.
Təhsil
- Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq İqtisadi Əlaqələr, bakalavr
- Azərbaycan Ali Diplomatiya Kolleci, Beynəlxalq İqtisadi Əlaqələr, iqtisadiyyat üzrə magistr
- Uorvik Biznes Məktəbi (Böyük Britaniya), MBA