Operativ Məlumat Mərkəzi

Slovakiya Prezidenti Azərbaycana səfərə gəlib

1 dəq
Paylaş:
Slovakiya Prezidenti Azərbaycana səfərə gəlib

Slovakiya Prezidenti Peter Pelleqrini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycana səfərə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər