Norveç Kralı V Harald 89 yaşında vəfat edib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Norveç Kral Sarayının açıqlamasına əsasən, monarx avqustun 28-də Oslo Universitet Xəstəxanasında dünyasını dəyişib. Saray kralın sakit şəkildə vəfat etdiyini bildirib.
V Harald 1991-ci ildə atası Kral V Olavın ölümündən sonra Norveç taxtına çıxıb və 35 ildən artıq ölkənin dövlət başçısı olub. O, ölümünədək Avropanın ən yaşlı hakim monarxı hesab edilirdi.
Kralın son illərdə səhhəti ilə bağlı bir sıra problemlər yaşadığı, avqustun 17-dən etibarən Oslo Universitet Xəstəxanasında müalicə aldığı bildirilir. Onun səhhətinin son günlərdə kəskin pisləşdiyi açıqlanmışdı.
V Haraldın ölümündən sonra taxt-tac onun oğlu, vəliəhd Haakona keçib. Beləliklə, Norveçdə yeni kral dövrü başlayıb.
Kralın vəfatı Norveçdə böyük rezonans doğurub. Dəfn mərasimi və rəsmi matəm tədbirləri ilə bağlı əlavə məlumatların yaxın günlərdə açıqlanacağı gözlənilir.