Əsas məzmuna keç

Siyavuş Novruzov: “Saytlar vasitəsilə Azərbaycandakı hərbçilərə müraciətlər daxil olur”

Siyavuş Novruzov: “Saytlar vasitəsilə Azərbaycandakı hərbçilərə müraciətlər daxil olur”

“Ayrı-ayrı ölkələrdə saytlar yaradılır və Azərbaycandakı hərbçilərə müraciətlər daxil olur. O cümlədən keçmiş Əfqanıstanda xidmət edən hərbçilərə müraciətlər olur”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı parlamentin iyunun 6-da keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin saytlar vasitəsilə müxtəlif formada vədlər verilir:

“Əməkhaqları sadalanır ki, muzdlu şəkildə proseslərdə iştirak etsinlər. Hesab edirəm ki, bunun qarşısı ciddi şəkildə alınmalıdır. Kimlərisə şirnikləndirmə yolu ilə vaxtı ilə İŞİD-ə cəlb etmişdilər. 988 nəfər azərbaycanlı orada iştirak edib və sonradan hamısı ölkədə müxtəlif cinayətlərdə iştirak etdi. Odur ki, buna yol verməməliyik və bunu qanunla tənzimləməliyik”.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 28 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 29 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 81 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…