Operativ Məlumat Mərkəzi

Siyavuş Novruzov: Bələdiyyə qanunları bir məcəllədə çap olunacaq

2 dəq
Paylaş:
Siyavuş Novruzov: Bələdiyyə qanunları bir məcəllədə çap olunacaq
Milli Məclisin Regional məsələlər komitəsi sədri Siyavuş Novruzov parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı bildirib...

Milli Məclisin Regional məsələlər komitəsi sədri Siyavuş Novruzov parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı bildirib ki, payız sessiyasında xüsusilə Bələdiyyə Məcəlləsinin çap olunması ilə bağlı işlər davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, o qeyd edib ki, bələdiyyələrlə bağlı 20-dən çox qanun layihəsi mövcuddur və bu qanunların bir məcəllə şəklində çap olunması planlaşdırılır:

“Bunu bir məcəllə şəklində çap edib verək ki, bələdiyyələr də işləyəndə bundan rahat istifadə etsinlər”.

Xatırladaq ki, bələdiyyələrin fəaliyyətini tənzimləyən əsas hüquqi çərçivə Bələdiyyə Məcəlləsidir. Hazırda bu çərçivədə yerli icmaların səlahiyyətləri, maliyyə və inzibati hüquqları, habelə sosial xidmətlərin təşkili və bələdiyyə vəzifələrinin icrası əksini tapır. Qanunların bir məcəllədə toplanması yerli idarəetmədə şəffaflığı artıracaq və bələdiyyələr üçün hüquqi istinad nöqtəsi yaradacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər