Əsas məzmuna keç

Siyavuş Novruzov: “Bank faizlərinin yuxarı olması ilə bağlı vətəndaşların narazılığı var”

Siyavuş Novruzov: “Bank faizlərinin yuxarı olması ilə bağlı vətəndaşların narazılığı var”

Azərbaycanda faizlərinin yuxarı olması ilə bağlı vətəndaşların narazılığı var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisinin növbədənkənar sessiyasının növbəti iclasında deputat deyib.

O bildirib ki, bizdə bank faizləri 14 %-dən başlayır: “Bu faizlər vətəndaşlara verilir ki, fəaliyyəti ilə məşğul olsunlar: "Düzdür, kənd təsərrüfatına ayrılan güzəştli faizlər var və bu faizlər 6 %-dən başlayır. Amma bu da çox yuxarıdır. Kənd təsərrüfatına qoyulan vəsaiti 3 idən tez qaytarmaq olmur. Ona görə də bu faizlər yuxarıdır”.

Deputatın sözlərinə görə, ABŞ-da hər hansı sahibkarın ümumi dövriyyəsi 6 %-dən yuxarı olanda FTB onunla məşğul olur ki, yəqin o ya silah, ya narkotik satır: “4 %-dən yuxarı faizlə kredit alan sahibkar nə ilə məşğul olmalıdır ki, həm bu krediti qaytarsın, həm də qazanc əldə etsin və işçi saxlasın. Vətəndaş üçün elə kredit sistemi yaradılmalıdır ki, kiçik və orta sahibkarlıq inkişaf etsin".

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 26 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 27 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 79 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…