İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) donanması ABŞ-ın blokadasına baxmayaraq, son 24 saat ərzində tankerlər və konteyner gəmiləri də daxil olmaqla 31 kommersiya gəmisinin Hörmüz boğazından keçdiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, gəmilərin keçidi İİKK-nın dəniz qüvvələri tərəfindən koordinasiya edilib. Bildirilir ki, ABŞ qüvvələrinin “təcavüzünə” və Fars körfəzində “misli görünməmiş qeyri-sabitlik” yaratmasına baxmayaraq, SEPAH-ın dəniz qüvvələri gəmilərin təhlükəsiz keçidini və qlobal ticarətin davamlılığını təmin etməyə çalışıb.
“Mehr” agentliyinin məlumatına görə, mayın 20-də Hörmüz boğazının idarə olunmasından məsul olan İran administrasiyası bu su yolundan keçid üçün koordinasiya və icazənin tələb olunduğunu açıqlayıb.
Öz növbəsində, mayın 21-də ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın dəniz fəaliyyətləri fonunda bölgədə nəzarətin davam etdiyini bildirib və 21 may tarixinə qədər 94 ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini, həmçinin blokadanı pozduğu iddia edilən 4 gəminin sıradan çıxarıldığını qeyd edib.