Çinin Sincan-Uyğur Muxtar Vilayətində 5.5 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Zəlzələnin episentri Xotan şəhərindən 434 km cənub-şərqdə, təxminən 408 min insanın yaşadığı məsafədə yerləşib.
Ocaq 10 km dərinlikdə qeydə alınıb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.