Cənubi Koreya polisi Şimali Koreyanın dəstəklədiyi haker qrupunun 61 müxtəlif qurumun kompüterlərini sındıraraq kiberhücum etməyə cəhd etdiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, hakerlər bir olaraq 61 təşkilata kiber hücum təşkil edərək bankçılıq Təhlükəsizlik proqramı vasitəsilə təxminən 10 milyon istifadəçini hədəf almağı planlaşdırdığı bildirilib.
Hücumun ilkin mərhələdə aşkarlanması sayəsində hakerlər yalnız 207 kompüterə giriş əldə edə biliblər.
Qrupun daha çox kompüterə çatmaqla kiber hücumları genişləndirməyi hədəflədiyi düşünülür.