Şimali Koreya ultra iri qanadlı raket döyüş başlığını və yeni zenit raketinin təcrübə buraxılışını sınaqdan keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonha" agentliyi məlumat yayıb.
Bildirilib ki, Şimali Koreyalılar texnologiyanı müxtəlif aspektlərdə, xüsusən də funksiyalarını sürətlə təkmilləşdirmək üçün Sarı dənizdə təcrübələr aparıblar.
Neçə raketin buraxıldığı və nə qədər məsafəyə uçduğu məlum deyil.
Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinin (KCNA) bildirib ki, sınaqlar qonşu ölkələrin təhlükəsizliyinə heç bir mənfi təsir göstərməyib.