Operativ Məlumat Mərkəzi

Şimali Koreya düşmən hədəflərinə nüvə əks-hücum ssenarisi ilə təlim keçirib

1 dəq
Paylaş:
Şimali Koreya düşmən hədəflərinə nüvə əks-hücum ssenarisi ilə təlim keçirib

Şimali Koreya çoxlu reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu bir təlim təşkil etdiyini və ssenariyə uyğun olaraq düşmən hədəflərinə nüvə əks-hücumunun həyata keçirildiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumat yayıb.

Belə ki, ölkə lideri Kim Çen Inın nəzarəti altında düşmən hədəflərinə nüvə əks-hücumunun ssenariləşdirildiyi təlim keçirilib.

Təlimdə nüvə başlıqları daşıya bilən iri 600 millimetrlik çoxsaylı reaktiv yaylım atəşi qurğuları sınaqdan keçirilib və 352 kilometr uzaqlıqdakı adaya uğurla vurulub. Təlim Şimali Koreyanın bütün nüvə qüvvələrinin komandanlıq, idarəetmə, nəzarət və əməliyyat sisteminin etibarlılığını təsdiqləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər