Şimali Koreya cənub qonşusuna yenidən zibil balonları göndərir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Cənubi Koreya paytaxtının rəsmiləri bildiriblər.
Şəhər hökuməti vətəndaşlara diqqətli olmaları barədə xəbərdarlıq edib.
Şimali Koreya bundan əvvəl 4-8 sentyabr və 14-15 sentyabr tarixlərində Cənubi Koreyaya zibil balonları uçurub.
Cənubi Koreyanın məlumatlarına görə, Şimali Koreya sentyabrın 18-i səhər saatlarında bir neçə qısa mənzilli ballistik raket buraxıb.
Cənubi Koreya Prezident Administrasiyası Pxenyana xəbərdarlıq edib ki, “təxribatlardan” çəkinsin.