Əsas məzmuna keç

Sidonda 8 nəfər öldü: Livanda ümumi itkilər 1530-a çatdı

Sidonda 8 nəfər öldü: Livanda ümumi itkilər 1530-a çatdı

Sidon və Tir şəhərlərindəki bombardmanlarda can itkisi artıb. Səhiyyə Nazirliyi son statistikanı yaydı. Hizbullahla döyüşlər fonunda dinc əhali təxliyə olunur.

en ru

Livanın cənubunda İsrail hücumu nəticəsində mülki itkilər olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin ilkin məlumatına görə, şəhərində səkkiz mülki şəxs həlak olub, 22 nəfər yaralanıb.

Məlumata görə, İsrail ordusu Livanın cənubunun müxtəlif ərazilərini atəşə tutmağa davam edir. Tir şəhərinin sakinlərinə evlərini tərk etmələri barədə xəbərdarlıq verilib.

İsrail ordusunun sözçüsü xəbərdarlığın Əl-Abbasiya və Şibrixa ərazilərinə aid olduğunu bildirib. Köçkünlər Zəhrani çayının şimalına yönləndirilib.

ABŞ-İran arasında atəşkəs razılaşması Livana aid deyil və İsrail hücumları davam etdirəcək.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-dən bu yana ölənlərin sayı 1530-a, yaralananların sayı isə 4812-ə çatıb.

Qeyd edilir ki, Livan, İranın dəstəklədiyi Hizbullahın İsrailə raket zərbələri endirməsindən sonra Yaxın Şərq müharibəsinə qoşulub və İsrail buna cavab olaraq intensiv quru və hava əməliyyatları həyata keçirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…