Çin Xalq Respublikasının Sədri Si Cinpin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təbrik məktubu göndərib.
"Operativ Məlumat Mərkəzi-OMM" "IRNA" agentliyinə istinadən xəbər verir ki, Çin lideri məktubunda həmkarını, İran hökumətini və xalqını İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edib.
Məktubda iki ölkə arasındakı diplomatik əlaqələrin önəmi və gələcək əməkdaşlıq perspektivləri vurğulanıb.
Qeyd edək ki, İran hər il fevral ayında inqilabın ildönümünü dövlət səviyyəsində qeyd edir.