Əsas məzmuna keç

Pezeşkian: Hörmüzdəki gərginliyə görə ABŞ və İsrail məsuldur

Pezeşkian: Hörmüzdəki gərginliyə görə ABŞ və İsrail məsuldur

Məsud Pezeşkian regiondakı ABŞ hərbi bazalarını qanuni hədəf elan etdi. İran lideri İsrail və Ağ Evin bölgədəki gərginliyə görə cavabdeh olduğunu bildirib.

en ru

İran Prezidenti ABŞ-nin bölgədəki hərbi mövcudluğu ilə bağlı sərt açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, çıxışında ABŞ-nin regiondakı hərbi bazalarının ev sahibi ölkələri təhlükə altına saldığını və bu vəziyyətin İrana həmin obyektləri “qanuni hədəf” kimi qiymətləndirməyə imkan verdiyini bildirib.

Məlumata görə, Pezeşkian qeyd edib ki, regionda xarici hərbi qüvvələrin mövcudluğu təhlükəsizliyi artırmır, əksinə, gərginliyi daha da yüksəldir.

Bildirilib ki, İran Prezidenti həmçinin Hörmüz boğazı ilə bağlı təhlükəsizlik məsələlərinə toxunaraq, bölgədə yarana biləcək hər hansı gərginliyə görə və İsrailin məsuliyyət daşıdığını iddia edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…