Rusiya prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen In, Çin prezidenti Si Cinpin və İran prezidenti Məsud Pezeşkian ilk dəfə Çində bir araya gələcəklər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti yazır
Məlumata görə, Çin İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünü qeyd etmək üçün parad keçirəcək. Tədbirin məqsədi “ölkənin ən yeni silahlarını nümayiş etdirməkdir”.