Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpini respublikasının yaranmasının 76-cı ildönümü münasibətilə təbrik edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunan bəyanatda deyilir.
"Hörmətli cənab Si Cinpin, əziz dost, Çin Xalq Respublikasının yaradılmasının 76-cı ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin", - Putin bildirib.
Rusiya lideri vurğulayıb ki, “Rusiya-Çin münasibətləri ən yüksək səviyyədədir, bunu Tyantszin və Pekində son hərtərəfli və konstruktiv müzakirələr də tam təsdiqləyir”.
Putin “əldə edilmiş razılaşmaların həyata keçirilməsinin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyinə, müxtəlif sahələrdə yeni irimiqyaslı birgə layihələrə zəmin yaradacağına” əminliyini ifadə edib.