Çinin dövlət başçısı Si Cinpin gələn həftə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gedəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" BBC-ə istinadən xəbər verir ki, Kreml "hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığı" müzakirə edəcəklərini bildirib.
Səfər Rusiyanın müttəfiqi olan Pekinin Qərbin soyuq qarşıladığı Ukraynada müharibəyə son qoymaq üçün təkliflər irəli sürdüyü bir vaxta təsadüf edir.
Xarici İşlər Nazirliyinin sözçüsü Çinin Ukraynadakı müharibə ilə bağlı "obyektiv və ədalətli mövqeyi"ni dəstəkləyəcəyini və "sülh naminə danışıqların təşviqində konstruktiv rol oynayacağını" bildirib.
Böyük Britaniyanın Baş naziri Rişi Sunakın sözçüsü Çinin Ukraynanın suverenliyinin bərpasında həqiqi rol oynamasının alqışlanacağını bildirib.