Braziliyanın "Atletiko Mineyro" klubunun akademiyasının ən böyük ümidlərindən biri hesab edilən 17 yaşlı hücumçu Rikelme bu yay komandanı tərk edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" Braziliyanın "O Tempo" nəşrinə istinadən xəbər verir ki, "Şaxtyor" və "Bornmut" klublarının nümayəndələri 17 yaşlılar arasında Cənubi Amerika çempionatında gənc forvardı diqqətlə izləyiblər.
Yaxın həftələrdə hər iki klubun rəsmi təklif göndərəcəyi gözlənilir.
Rikelme karyerası ərzində aşağıdakı uğurlara imza atıb:
- Cənubi Amerika çempionatında 3 qol vuraraq Braziliya millisi ilə bürünc medal qazanıb.
- U-17 kateqoriyasında ölkə çempionu olub və 6 qolla yadda qalıb.
Məlumata görə, "Bornmut" və "Şaxtyor"dan başqa, İspaniyanın bəzi adları açıqlanmayan klubları da gənc istedada maraq göstərir.
"Atletiko Mineyro" rəhbərliyi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Lakin Avropa klublarının bu ciddi marağı Rikelmenin Braziliya futbolunun ən perspektivli gənc ulduzlarından biri olduğunu bir daha sübut edir.