Əsas məzmuna keç

"Mançester Siti"nin daha bir əfsanəsi yayda klubu tərk edəcək

"Mançester Siti"nin daha bir əfsanəsi yayda klubu tərk edəcək

İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Con Stounz mövsümün sonunda komandadan ayrılmağa hazırlaşır.

en ru

İngiltərənin "" klubunun təcrübəli müdafiəçisi Con Stounz yay pəncərəsində komandanı tərk edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə tanınmış idman insayderi Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, 31 yaşlı futbolçunun klubla müqaviləsi başa çatır və o, karyerasında yeni bir çağırış axtardığı üçün sözləşməni yeniləmək niyyətində deyil.

Bu, "Mançester Siti" üçün növbəti ciddi itki hesab olunur.

Bundan əvvəl komandanın digər aparıcı oyunçusu Bernardu Silvanın da gedişi barədə xəbərlər yayılmışdı.

Mütəxəssislərin fikrincə, bu ayrılıqlar komandada gözlənilən böyük dəyişikliklərin xəbərçisidir.

Dəyişiklikləri isə ya Pep Qvardiola, ya da onun xələfi həyata keçirəcək (ispaniyalı mütəxəssisin də klubu tərk edəcəyi barədə şayiələr gəzir).

Qeyd edək ki, Con Stounz "Mançester Siti"yə düz 10 il əvvəl "Everton"dan transfer olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…