Əsas məzmuna keç

"Barselona" və "Mançester Siti" braziliyalı istedad üçün mübarizə aparır

"Barselona" və "Mançester Siti" braziliyalı istedad üçün mübarizə aparır

Kataloniya təmsilçisi "Palmeyras"ın gənc ulduzu Eduardo Konseysao üçün transfer danışıqlarını sürətləndirib.

en ru

"" klubu "Palmeyras"ın 16 yaşlı hücumameyilli yarımmüdafiəçisi Konseysao üçün "" ilə ciddi rəqabətinə girib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, kataloniyalılar əvvəlki səhvləri təkrarlamamaq və yeni bir Braziliya ulduzunu əldən verməmək üçün danışıqları intensivləşdiriblər.

Klub gənc futbolçunu gənclər turnirindəki uğurlu çıxışından (7 oyunda 4 qol və 3 məhsuldar ötürmə) bəri diqqət mərkəzində saxlayır.

Məlumata görə, "Barselona" hazırda bu transfer yarışında favorit hesab olunur.

Transferin maliyyə detalları aşağıdakı kimidir:

  • Müqavilədəki sərbəstqalma məbləği: 100 milyon avro
  • "Palmeyras"ın razılaşa biləcəyi məbləğ: təxminən 50 milyon avro (sabit məbləğ və bonuslar)
  • "Mançester Siti"nin hazırladığı təklif: 40 milyon avro

Prosesi "Çelsi" klubu da daxil olmaqla digər İngiltərə təmsilçiləri də yaxından izləyir.

Qeyd edək ki, futbolçunun Avropaya transferi yalnız 18 yaşı tamam olduqdan sonra mümkündür. Bu səbəbdən Braziliya klubu satışa tələsmir və gənc istedadı əvvəlcə əsas komandaya inteqrasiya etməyi planlaşdırır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…