Operativ Məlumat Mərkəzi

Şeyx Həsinə Banqladeşə qayıdacaq

2 dəq
Paylaş:
Şeyx Həsinə Banqladeşə qayıdacaq
bu barədə Həsinənin oğlu Sacib Coy açıqlama verib. O bildirib ki, anası vətənə qayıtmaq üçün seçkilərin keçirilməsi ilə bağlı qərarın verilməsini...

Banqladeşin keçmiş baş naziri Şeyx Həsinə ölkəsinə qayıdacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Həsinənin oğlu Sacib Coy açıqlama verib.

O bildirib ki, anası vətənə qayıtmaq üçün seçkilərin keçirilməsi ilə bağlı qərarın verilməsini gözləyir.

“Onun siyasətə qayıdıb-qayıtmayacağı ilə bağlı isə hələlik qərar verilməyib. O, özünə qarşı münasibətdən bezib. Lakin əminəm ki, ölkədə azad və ədalətli seçkilər olarsa, Avami Liqası qalib gəlir”, - deyə Coy əlavə edib.

Qeyd edək ki, Avami Liqası Həsinənin üzv olduğu partiyadır. Sacib Coy ölkəsində baş verən hökumət dəyişikliyinin konstitusiyaya uyğun olmadığını deyib. O, yeni müvəqqəti hökuməti 90 gün ərzində seçki keçirməyə çağırıb.

Şeyx Həsinə hökumətə qarşı keçirilən etiraz aksiyaları və 500-dən çox şəxsin ölümü ilə nəticələnən qarşıdurmalardan sonra vəzifəsindən istefa verərək Hindistana qaçıb. Müvəqqəti olaraq hökumətə 16 müşavirlə birlikdə Nobel Sülh Mükafatı Laueratı Məhəmməd Yunus başçılıq edir. Müşavirlərdən ikisi tələbə hərəkatının liderləridir.

Hökumətə qarşı etiraz aksiyalarının başlamasına səbəb dövlət qulluğuna vakansiya kvotasının, tələbələrin iddialarına görə, ədalətli bölünməməsi olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər