Operativ Məlumat Mərkəzi

Şeyx Hasina İngiltərədə sığınacaq alana qədər Hindistanda qala bilər

1 dəq
Paylaş:
Şeyx Hasina İngiltərədə sığınacaq alana qədər Hindistanda qala bilər
bu barədə "Republic" telekanalı məlumat yayıb. Onu müşayiət edən bacısı Rehana Britaniya vətəndaşlığına malikdir. Bundan başqa, Şeyx Hasinanın qardaşı...

Banqladeşin Baş naziri vəzifəsindən istefa verən və etirazlar fonunda ölkəni tərk edən Şeyx Hasina İngiltərədən siyasi sığınacaq alana qədər Hindistanda qala bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Republic" telekanalı məlumat yayıb.

Onu müşayiət edən bacısı Rehana Britaniya vətəndaşlığına malikdir.

Bundan başqa, Şeyx Hasinanın qardaşı oğlu Tülip Siddiq 2015-ci ildən Böyük Britaniya parlamentinin Leyboristlər Partiyasından deputatıdır.

PTI agentliyinin məlumatına görə, Hindistan tərəfi Şeyx Hasinin təhlükəsizliyini təmin edib və onu ölkə ərazisində təhlükəsiz yerə aparıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər