Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hindistanda tunel tikintisində faciə: 7 nəfər həlak olub

2 dəq
Paylaş:
Hindistanda tunel tikintisində faciə: 7 nəfər həlak olub

Hindistanın ştatının Çamoli bölgəsində yerləşən stansiyasının tikintisi zamanı ciddi qəza baş verib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, ötən axşam saatlarında tunelə qəfil su və uçqun kütləsinin dolması nəticəsində 20-dən çox işçi içəridə köməksiz vəziyyətdə qalıb.

Bölgədəki tibb xidmətinin nümayəndəsi, həkim Ayuşun verdiyi məlumata görə, səhər saatlarında aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində 7 nəfərin cəsədi aşkarlanıb.

Hadisə zamanı xəsarət alan 10 nəfər isə xəstəxanaya çatdırılaraq tibbi yardım göstərilib.

Uttarakhand ştatının Puşkar Sinqx Dhami “X” sosial şəbəkəsindəki rəsmi hesabında hadisə ilə bağlı paylaşım edib.

O bildirib ki, tuneldə qalan digər işçilərin sağ-salamat xilas edilməsi üçün müvafiq qurumların əməkdaşları ərazidə fasiləsiz fəaliyyət göstərir.

Hazırda hadisə yerində genişmiqyaslı axtarış- davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax