Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salman İranın xarici işlər naziri Abbas Ərakçi ilə regional vəziyyəti müzakirə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “Mehr” informasiya agentliyi yayıb.
Məlumata görə, tərəflər bölgədə yaranmış gərginlikdən və müharibənin yayılma ehtimalından narahat olduqlarını bildiriblər.
Qeyd edək ki, Abbas Ərakçi oktyabrın 8-də Səudiyyə Ərəbistanına səfərə gedib.