Səudiyyə Ərəbistanında ABŞ vətəndaşı atasını öldürdüyü üçün edam edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin verdiyi açıqlamada ABŞ vətəndaşı Bişevi Şərif Naci Nasifə verilən ölüm hökmünün Ər-Riyad şəhərində icra edilib.
Qeyd olunub ki, onun cinayəti sübuta yetirilib və məhkəmə onun barəsində ölüm hökmü çıxarıb.