İtaliyanın Monfalkone şəhərində yerli sakinlərin kütləvi şikayətləri səbəbindən müsəlman çimərlik paltarlarının geyinilməsi qadağan ediləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, şəhər meri Anna Mariya Çizint məlumat yayıb.
O, həmçinin əlavə edib ki, qadağa sakinlərin çoxsaylı şikayətləri ilə bağlıdır.
Mer qeyd edib ki, belə çimərlik paltarı ilə suya girmək həm gigiyenik baxımdan düzgün deyil, həm də italyan ənənələrinə ziddir.