Səudiyyə Ərəbistanı və İran birbaşa hərbi qarşıdurmaya girməmək barədə razılığa gəliblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının yüksək rütbəli məmuruna istinadən “Al Arabiya” telekanalı məlumat yayıb.
Bildirilir ki, Ər-Riyad və Tehran, həmçinin bundan sonra bir-birinə qarşı kəşfiyyat fəaliyyəti həyata keçirməmək barədə qərar qəbul ediblər.
“Dövlətlər müdafiə və təhlükəsizlik sahəsində öhdəliklər götürüblər”, - nəşr qeyd edir.
Qeyd edək ki, bir neçə gün əvvəl Səudiyyə Ərəbistanı və İran Çinin vasitəçiliyi ilə münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.