Operativ Məlumat Mərkəzi

Səudiyyə Ərəbistanı neft qiymətlərini kəskin artıracaq

1 dəq
Paylaş:
Səudiyyə Ərəbistanı neft qiymətlərini kəskin artıracaq
bununla bağlı xarici KİV məlumat yayıb. Asiyaya tədarük edilən əsas brend olan “Arab Light” markalı neftin bir barelinin qiyməti 2,4 dollar artacaq. Bu,...

Səudiyyə Ərəbistanının ən böyük neft istehsalçısı Saudi Aramco mart ayında ABŞ, Asiya və Avropadakı alıcılar üçün neft qiymətlərini kəskin artıracaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Asiyaya tədarük edilən əsas brend olan “Arab Light” markalı neftin bir barelinin qiyməti 2,4 dollar artacaq. Bu, 2022-ci ilin avqustundan bəri ən yüksək dinamikadır.

Bu inflyasiya nəticəsində Arab Light markalı neftin bir barelinin qiyməti Oman/Dubay neft səbətinin qiymətini 3,9 dollar ötəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər