Səudiyyə Ərəbistanı ilə İsrail arasında gərginlik yaşanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, buna səbəb Ər-Riyad rəhbərliyinin Fələstinə səfir təyin etməsi olub.
İsrail hökuməti Səudiyyə Ərəbistanının Fələstin administrasiyası ilə diplomatik əlaqələr çərçivəsində Qüdsdə baş konsulluq açmaq planını rədd etdiyini açıqlayıb.
Qeyd edək ki, son günlər iki ölkə arasındakı münasibətləri normallaşdırmaq üçün müəyyən razılıqlar əldə olunurdu.