Səudiyyə Ərəbistanı Azərbaycanda minatəmizləmə işlərinə maliyyə dəstəyi verəcək

Səudiyyə Ərəbistanı Azərbaycanda minatəmizləmə işlərinə maliyyə dəstəyi verəcək
16.01.2024 12:03
Aa
dəq

Bu gün Bakıda Səudiyyə Ərəbistanının Kral Salman adına Humanitar Yardım Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) maliyyə yardımı göstərilməsi haqqında Memorandum imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sənədi ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və Kral Salman adına Humanitar Yardım Mərkəzinin tibb və ətraf mühit departamentinin direktor müavini Abdulla Məhəmməd Əlvadeyi imzalayıb.

Qeyd edək ki, imzalanma mərasimində Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Essam bin Saleh Əl-Cuteyli də iştirak edib.

V.Süleymanov Səudiyyə Ərəbistanına Azərbaycanda minatəmizləmə fəaliyyətinə verdiyi töhfəyə görə təşəkkür edib.

Tərəflər həmçinin mina təhlükəsi ilə mübarizəyə dəstək və bu sahədə əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Qonaqlar mina maketlərinin və digər partlayıcı sursat nümunələrinin təqdim olunduğu sərgi ilə də tanış olublar.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu