Şərur rayonunun Havuş kənd yolunda qaya uçqunu baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Şərur rayonunun Havuş kəndinə gedən avtomobil yolunun dağlıq hissəsində qaya uçqunu qeydə alınıb. İri qaya parçaları yolun hərəkət hissəsinə düşüb.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq texnika və canlı qüvvəsi əraziyə cəlb olunub, qaya parçaları texniki vasitələrlə yerindəcə parçalanaraq ərazidən çıxarılıb. Yolda təhlükəsizlik təmin edilib.
Şərurda qaya uçqunu olub - FOTO
Şərur rayonunun Havuş kəndinə gedən avtomobil yolunun dağlıq hissəsində qaya uçqunu qeydə alınıb. İri qaya parçaları yolun hərəkət hissəsinə düşüb....
OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?
Foto qalereya
Növbəti oxuyun
Cəlilabad–Yardımlı yolunda qar səbəbindən hərəkət çətinləşib, dağlıq ərazilərdə yollar bağlıdır
Növbəti xəbər yüklənir…