Operativ Məlumat Mərkəzi

Sertifikatlaşdırılmada kəsilən müəllimlərlə işin təşkili üçün komissiyalar yaradılıb

1 dəq
Paylaş:
Sertifikatlaşdırılmada kəsilən müəllimlərlə işin təşkili üçün komissiyalar yaradılıb
Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb. Bu barədə  "Operativ Məlumat...

Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

2025-ci ildə keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə yaradılan komissiyalar 31 iyul tarixinə qədər Agentliyin yerli təhsili idarəetmə bölmələrində fəaliyyət göstərəcək.

Komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər