Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dünyada silsilə zəlzələlər: ABŞ, Venesuela və Yaponiyada güclü təkanlar qeydə alınıb

2 dəq
Paylaş:
Dünyada silsilə zəlzələlər: ABŞ, Venesuela və Yaponiyada güclü təkanlar qeydə alınıb

ABŞ və Yaponiyada güclü yeraltı qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına əsasən, Kaliforniya ştatının Redwood Valley bölgəsində 5,6 bal gücündə zəlzələ baş verib. Bildirilib ki, yeraltı təkanların episentri yaşayış məntəqəsindən 11 şimalda, 8,8 kilometr dərinlikdə qeydə alınıb.

Məlumata görə, Yaponiyanın şimal-şərqində yerləşən İvate prefekturasının sahillərində də 6,9 bal gücündə zəlzələ baş verib. Kuji şəhəri yaxınlığında, 51,7 kilometr dərinlikdə qeydə alınan təkanlardan sonra sunami təhlükəsi elan edilməyib. Yerli KİV-lərin yaydığı məlumatlara əsasən, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Bildirilib ki, eyni zamanda Venesuelada da güclü qeydə alınıb. Yaracuy ştatının Yumare şəhərindən 23 kilometr cənub-şərqdə 7,5 bal, San Felipe şəhərinin 24 kilometr şimal-şərqində isə 7,2 bal gücündə iki ardıcıl zəlzələ baş verib. Təkanlar arasında 39 saniyə fərq olduğu qeyd edilib.

Qeyd olunub ki, Venesuelanın müvəqqəti Delsi Rodriges nəticəsində 32 nəfərin həyatını itirdiyini, 700-dən çox insanın isə yaralandığını açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax