Sergey Şoyqu: Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Sergey Şoyqu: Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir
06.08.2024 13:00
Aa
dəq

Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu avqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Sergey Şoyqu ölkələr arasında regional təhlükəsizlik, hərbi-texniki, nəqliyyat, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. İkitərəfli əməkdaşlığın gündəliyində çox mühüm məsələlərin durduğunu və onların uğurla həll edildiyini bildirib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi bu xüsusda Şimal-Cənub dəhlizinin həyata keçirilməsini bunun nümunəsi kimi dəyərləndirib və bununla bağlı üçtərəfli əsasda böyük işlərin görüldüyünü qeyd edib.

Görüşdə “3+3” formatında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həftənin ən çox oxunanları

Blinken İlham Əliyevə zəng etdi

Blinken İlham Əliyevə zəng etdi
DAVAMIN OXU davamın oxu

Meksikanın Müstəqillik Günü Şuşa şəhərində qeyd olunub

Meksikanın Müstəqillik Günü Şuşa şəhərində qeyd olunub
DAVAMIN OXU davamın oxu

Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi
DAVAMIN OXU davamın oxu

Baş katib: Türk Dünyası üçün daha parlaq, yaşıl bir gələcək qurmağa qərarlıyıq

Baş katib: Türk Dünyası üçün daha parlaq, yaşıl bir gələcək qurmağa qərarlıyıq
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Meksikanı təbrik edib

Azərbaycan XİN Meksikanı təbrik edib
DAVAMIN OXU davamın oxu