Operativ Məlumat Mərkəzi

Sergey Şoyqu: Qərb Ukraynaya kəşfiyyat məlumatları ötürür

1 dəq
Paylaş:
Sergey Şoyqu: Qərb Ukraynaya kəşfiyyat məlumatları ötürür
bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri müdafiə nazirlərinin görüşündə deyib. O bildirib ki, xarici...

Qərb real vaxt rejimində Ukraynaya kəşfiyyat məlumatları ötürür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri müdafiə nazirlərinin görüşündə deyib.

O bildirib ki, xarici “məsləhətçilər” Kiyevə Rusiya ərazisində təxribatlar hazırlamasına dəstək verir və prosesdə iştirak edirlər:

“Kəşfiyyat məlumatları Ukraynaya real vaxt rejimində ötürülür. Həmçinin Ukrayna hərbçiləri üçün təlimlər təşkil olunur. Qərbin hərbi mütəxəssisləri və muzdluları döyüş bölgəsindədir”.

S.Şoyqunun sözlərinə görə, ABŞ müharibəni məqsədli şəkildə uzatmağa çalışır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər