Operativ Məlumat Mərkəzi

Serbiya Prezidenti təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib

1 dəq
Paylaş:
Serbiya Prezidenti təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib
bu barədə Aleksandr Vuçiç "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Qazaxıstandakı təyyarə qəzası xəbərini dərin kədərlə öyrəndim. Prezident...

Serbiya Prezidenti Aleksandr Vuçiç Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Aleksandr Vuçiç "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Qazaxıstandakı təyyarə qəzası xəbərini dərin kədərlə öyrəndim. Prezident İlham Əliyevə, həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verirəm. Bu çətin anlarda yanınızdayıq", - o qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər