Əsas məzmuna keç

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycanın dövlət başçısına təbrik məktubu göndərib

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycanın dövlət başçısına təbrik məktubu göndərib

Serbiya lideri İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edərək, iki ölkə arasındakı strateji tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.

en ru

Respublikasının Prezidenti Aleksandr Vuçiç Respublikasının Prezidenti İlham Əliyevə ünvanlayıb. Məktubda deyilir:

“Hörmətli cənab , Əziz Dostum.

Serbiya Respublikası vətəndaşları adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edir, ölkənizin və xalqınızın gələcək tərəqqisi, rifahı və firavanlığı ilə bağlı ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək, Serbiya ilə Azərbaycan arasında qarşılıqlı etimad, həmrəylik və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin dinamik inkişafından böyük məmnunluq duyduğumu bildirmək istəyirəm.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində baş tutan görüşümüzü xüsusi minnətdarlıqla xatırlayıram. Göstərilən yüksək qonaqpərvərlik və apardığımız səmərəli müzakirələr , infrastruktur, investisiya və iqtisadiyyat sahələrində əməkdaşlığımızı daha da genişləndirmək əzmimizi bir daha təsdiqlədi.

Eyni zamanda, Serbiyanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi prinsipial və ardıcıl dəstəyə görə Azərbaycan Respublikasına səmimi təşəkkürümü bildirirəm. Bu dəstək ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və beynəlxalq hüquqa hörmətin bariz nümunəsidir. Serbiya Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə sadiqliyini qoruyub saxlayır.

Hörmətli cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…