Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Serbiya Prezidenti: Dostum İlham Əliyevdən çox şeyi öyrənirəm

2 dəq
Paylaş:
Serbiya Prezidenti: Dostum İlham Əliyevdən çox şeyi öyrənirəm

Dostum İlham Əliyevdən çox şeyi .

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Serbiya Prezidenti Vuçiç Belqradda İlham Əliyevin iştirakı ilə Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında bildirib.

“Eyni zamanda, mədəniyyət, idman, iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, hərbi-texniki kimi müxtəlif sahələrə gəldikdə, tam əminəm ki, bizim əlaqələr dünyanın istənilən iki ölkəsi arasında mümkün münasibətlərlə müqayisədə daha genişdir. Sadəcə bir məsələni də əlavə etmək istəyirəm, mən əziz dostum İlham Əliyevdən çox şeyi öyrənirəm, nəinki bu gün, həmçinin digər vaxtlarda. Elə bu səbəbdən bu gün həmin məqsədlə daha çox vaxt sərf etdim. Mən gələcəkdə də belə edəcəm. Bilirəm ki, o, çox sədaqətli dostdur. Bilirəm ki, biz Azərbaycandan çox yaxşı işlər gözləyə bilərik və inanıram ki, Azərbaycan xalqı hər zaman Serbiyadan və Serbiya xalqından yalnız yaxşı işləri gözləyə bilər. Serbiya nazirlərindən xahiş edərdim ki, onlar azərbaycanlı tərəfdaşlarımız kimi ürəkdən çalışsınlar”, - deyə Aleksandar Vuçiç bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax