Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Serbiya Müdafiə Nazirliyinin nümayəndələri Azərbaycana rəsmi səfər edib

2 dəq
Paylaş:
Serbiya Müdafiə Nazirliyinin nümayəndələri Azərbaycana rəsmi səfər edib

respublikaları Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin Azərbaycana səfər edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda keçirilmiş görüş zamanı nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi zamanı qazanılan təcrübədən bəhs edən "Münaqişənin geosiyasi aspektləri" mövzusunda brifinq təqdim olunub. Sonra Azərbaycan Ordusunun hərbi sistemi və tədris prosesi barədə geniş məlumat verilib.

Görüşdə həmçinin tərəflər hər iki ölkənin hərbi təhsil sistemi, təhsil müəssisələrinin fəaliyyətləri və bu sahədə tətbiq olunan müasir yanaşmalar barədə qabaqcıl təcrübələrdən danışıb, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax