“Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Erməniəsilli vətəndaşlar Xankəndindən gəlib, Gorus istiqamətinə keçib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, "Laçın" sərhəd buraxılış məntəqəsindən ümumilkdə 60 şəxsin Azərbaycandan Ermənistana keçib.
Əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.
Ermənilərin sərbəst keçidini xarici KİV nümayəndələri də izləyib.