Əsas məzmuna keç

Separatçı rejim özünü buraxdığını elan edib

Separatçı rejim özünü buraxdığını elan edib

separatçıların rəhbəri Samvel Şahramanyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın mövcudluğuna xitam verilməsi haqqında “qərar" imzalayıb. Qeyd olunub...

Azərbaycanın bölgəsindəki qanunsuz rejim özünü buraxdığını elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, separatçıların rəhbəri Şahramanyan qondarma “ Qarabağ Respublikası”nın mövcudluğuna xitam verilməsi haqqında “qərar" imzalayıb.

Qeyd olunub ki, mövcud hərbi-siyasi vəziyyətlə əlaqədar Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Respublikasının nümayəndələri ilə əldə edilmiş razılığı nəzərə alaraq, “Dağlıq Qarabağ” sakinlərinin sərbəst, könüllü və maneəsiz keçidi, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakları ilə Laçın yolu boyunca vasitələri ilə təmin olunduğu üçün separatçı rejimin fəaliyyətinin dayandırılması qərara alınıb.

Bildirilib ki, Qarabağın erməni əhalisi Qarabağda qalmaq (qayıtmaq) mümkünlüyü barədə müstəqil və fərdi qərar qəbul etmək üçün mərkəzi hakimiyyət orqanları tərəfindən təqdim olunan reinteqrasiya şərtləri ilə tanış olmalıdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…