Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

47 illik düşmənçilik: ABŞ senatoru İrana qarşı çağırış etdi

2 dəq
Paylaş:
47 illik düşmənçilik: ABŞ senatoru İrana qarşı çağırış etdi

"ABŞ İranda başladığı işi tamamlamalıdır".

"Operativ Məlumat Mərkəzi-OMM""Bloomberg"ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Respublikaçılar Partiyasından Rocer deyib.

Bildirilib ki, senator Tehranın nüvə əldə etməsinin qarşısını almaq üçün ABŞ-nin “İranda başladığı işi başa çatdırmalı” olduğunu deyib.

Marşall qeyd edib ki, boğazında yaranan gərginlik yanacaq qiymətlərinə təsir göstərsə də, ABŞ prezidenti Donald Trampın İranla bağlı siyasəti davam etdirilməlidir. Onun sözlərinə görə, bu, “azadlığın və gələcək nəsillərin qorunması üçün zəruri addımdır”.

“Bəzən azadlıq pulsuz olmur. İran 47 ildir ABŞ-yə qarşı edir. Biz onların qarşısında dayanmalıyıq və işi başa çatdırmalıyıq. İranın nüvə silahına sahib olmasına icazə verə bilmərik”, – deyə senator bildirib.

O həmçinin iddia edib ki, İranın nüvə silahı əldə etməsi halında enerji qiymətləri arta, Hörmüz boğazında uzunmüddətli blokada yarana və ABŞ təhlükəsizliyi risk altına düşə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax